Ukraynanın PUA hücumu nəticəsində Rusiyanın Krasnodar diyarının Ust-Labinsk şəhərindəki neft anbarında güclü yanğın baş verib.


"Yeni Sabah" xəbər verir ki, bu barədə diyarın təcili yardım qərargahı məlumat yayıb.


Ust-Labinskdəki neft anbarına PUA hücumu nəticəsində baş verən yanğının söndürülməsi üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin qüvvələri, o cümlədən 54 texnika cəlb olunub. pizza sifarişi


Məlumata görə, neft anbarında yanğın təxminən 5000 kvadratmetr sahəni əhatə edir.


Hücum nəticəsində ölüm faktı qeydə alınmayıb./APA



Telegram kanalımız