MDB+ adlanan yeni formatın yaradılması qonşu dövlətlərin bu birliyə olan marağının mühüm göstəricisidir.


 


Sfera.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində "Lenta.ru"ya müsahibəsində bildirib.


 


"Bu yaxınlarda yeni MDB+ formatı barədə qərarın qəbul edilməsi birliyin inkişaf etdiyinə dair vacib siqnaldır. MDB-nin çox yaxşı gələcək perspektivləri var. Yaxın qonşularımız da daxil olmaqla, bir çox ölkələr bu formata böyük maraq göstərir",- o vurğulayıb.


 


Qeyd edək ki, MDB+ formatı 2025-ci ildə Düşənbədə birliyə daxil olan ölkələrin dövlət başçıları tərəfindən təsdiqlənib.


 


Bu format digər dövlətlər və beynəlxalq birliklərlə tərəfdaşlıq əlaqələrini genişləndirmək məqsədi daşıyır.