Bakıda avtomobil piyadanı vuraraq öldürüb.


 


Sfera.az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində, Aeroport yolunda baş verib.


 


Elvin Səfərlinin idarə etdiyi "Changan" markalı, 77-XV-884 dövlət qeydiyyat nişanlı avtomobil Heydər Əliyev prospektində hərəkətdə olarkən piyada Mübariz Salmanovu vurub. 


 


Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.


 


Faktla bağlı araşdırma aparılır./apa