Ermənistanda keçirilən parlament seçkilərində səsvermə prosesi rəsmən yekunlaşıb.


 


Sfera.az xəbər verir ki, saat 20:00-dan etibarən ölkənin bütün ərazisində açılmış 2005 seçki məntəqəsinin hamısı bağlanıb.




Məntəqələr bağlandıqdan dərhal sonra seçki komissiyaları tərəfindən səslərin hesablanmasına start verilib.