İsrail ordusu İran ərazisindən raketlərin buraxıldığını qeydə alıb.


 


Sfera.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.




 


Məlumata əsasən, İsrailin şimal bölgələrinin çoxunda, o cümlədən Hayfa ətrafında hava həyəcanı elan olunub.


 


Qeyd olunub ki, hava hücumundan müdafiə qüvvələri hava hədəflərinin zərərsizləşdirilməsi üçün fəaliyyətə başlayıb.