Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərində "Vətəndaş Müqaviləsi"nin qələbəsi münasibətilə təbrik edib.
Sfera.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
"İlkin məlumatlara görə, beynəlxalq müşahidəçilərin əksəriyyəti seçkilərin ölkənin mövcud seçki qanunvericiliyinə uyğun olaraq, açıq şəkildə və vətəndaşların iradəsini ifadə etmək üçün lazımi şəraitdə keçirildiyini qiymətləndirib".
Kasım-Jomart Tokayev Nikol Paşinyana Ermənistanın uzunmüddətli milli maraqları çərçivəsində bundan sonra da uğurlu iş arzulayıb.
Prezident qeyd edib ki, Qazaxıstan dost Ermənistanla qarşılıqlı maraq doğuran bütün sahələrdə fəal əməkdaşlığı davam etdirməyə hazırdır.
Dövlət başçısı həmçinin Ermənistan xalqına dövlətinin inkişafı, sülhü və rifahında uğurlar arzulayıb.