Yəmənin böyük bir hissəsinə nəzarət edən İranın dəstəklədiyi Husilər, İsrail gəmilərinin Qırmızı dənizdə üzməsinə tamamilə qadağa qoyduqlarını elan etdilər. "Amerika-İsrail təcavüzünə qarşı durmaq" hüquqlarına sahib olduqlarını bildirən qrup, bölgədəki bütün düşmən hərəkətlərini hərbi hədəf hesab etdiklərini bildirdi.
Sfera.az xəbər verir ki, Yəməndəki Husi hərəkatı qlobal dəniz ticarətinə və logistika marşrutlarına birbaşa təsir edəcək vacib bir qərar elan etdi.
Bəyanatda deyilir:
"Qırmızı dənizdə İsrail dəniz naviqasiyasına tam qadağa qoyuruq. Bütün düşmən hərəkətlərini silahlı qüvvələrimiz üçün qanuni hərbi hədəflər hesab edirik".
Husilərin Qırmızı dənizdə ticarət gəmilərini tamamilə bloklamaq üçün aqressiv hərəkəti ABŞ-İsrail ittifaqı ilə İran arasında regional münaqişənin dördüncü ayını qeyd edən bir dövrə təsadüf edir.
İsrailin Qəzzada əməliyyatlarına 2023-cü ilin oktyabr ayında başlayandan bəri, husilər Fələstin xalqı ilə həmrəyliklərini əsas gətirərək, İsrail limanlarına bağlı və ya İsrail limanlarına gedən ticarət gəmilərinə hücumlar təşkil ediblər.
Qruplaşma artıq hücumlarının əhatə dairəsini genişləndirərək, Qırmızı dəniz yolunu İsraildən gələn və ya İsrailə bağlı bütün dəniz gəmiləri üçün tamamilə bağlamaq qərarına gəlib.
Vasif
Sfera.az