Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, S.Abbasov saat 01:35 radələrində idarə etdiyi “Kamaz” markalı avtomobillə Zabrat qəsəbəsində yerləşən “Ayxan market”in qarşısında yolu keçən piyada Əhmədov Nurlan Rafiq oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanıb, istintaq aparılır.