Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev vəfat edib.
Sfera.az xəbər verir ki, onun səhhətində qəfil pisləşmə qeydə alınıb və o, tibbi yardım üçün xəstəxanaya aparılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Ölüm səbəbi ilə bağlı rəsmi məlumat hələlik açıqlanmayıb.
Qeyd edək ki, Ruslan Quliyev Azərbaycanda turizm sahəsinin inkişafında fəal iştirakı ilə tanınırdı və uzun illər müxtəlif layihələrə rəhbərlik edib. Allah rəhmət eləsin.
İnci
Sfera.az