Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibədə cəbhə xəttinin hazırkı vəziyyətdə dondurulmasına hazır olduğunu bildirib.


 


Sfera.az xəbər verir ki, bu barədə o, "Sky News" kanalına verdiyi müsahibədə danışıb.


 


"Sky News"un aparıcısı Yalda Hakim Zelenskiyə atəşkəs şərtləri və Rusiya ilə mümkün razılaşma barədə sual ünvanlayıb və cəbhə xəttinin hazırkı vəziyyətdə qəbul edilib-edilməyəcəyini soruşub.


 


Zelenski isə bu təklifi təsdiqləyərək bildirib ki, əgər atəşkəs əldə olunarsa, cəbhənin hazırkı mövqelərdə dondurulması mümkündür.


 


Ukrayna lideri qeyd edib ki, bu addım müharibənin dayandırılması və sonrakı mərhələdə diplomatik prosesə keçid üçün ən sürətli yol ola bilər.


 


İnci