Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.


 


Sfera.az xəbər verir ki, iyunun 7-si saat 01 radələrində 2023-cü il təvəllüdlü Məhəmməd Əsgərli yaşadığı Xocalı prospektində yerləşən 16 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılıb.


 


O, binanın 2-ci mərtəbəsində olan dam örtüyünün üzərinə düşüb.


 


Azyaşlı dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.


 


Faktla bağlı araşdırma aparılır.