Yaxın Şərqdə gərginliyin artması fonunda İraq Kürd Regional rəhbərliyinin (IKRİ) paytaxtı Ərbildə yerləşən Beynəlxalq Ərbil Hava Limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb.


 


Sfera.az xəbər verir ki, İranın 3 mühüm hava limanında uçuşları ləğv etməsindən dərhal sonra bənzər addım İraq tərəfindən də atılıb. İraq Mülki Aviasiya Qurumu mövcud təhlükəsizlik vəziyyətini nəzərə alaraq, ölkə daxilindəki bütün uçuşları 72 saat müddətinə dondurmaq qərarına gəlib.


 


Qərara əsasən, Ərbil hava limanı da daxil olmaqla, bölgədəki hava nəqliyyatı 3 gün boyunca tamamilə dayandırılacaq.


 


Bəsti Rəfizadə


Sfera.az