Goranboy rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
"VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.