ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında davam edən gərginliklə bağlı açıqlama verib.
Sfera.az xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.
O, paylaşımında tərəfləri dərhal atəşkəsə çağıraraq İsrail və İranın hərbi əməliyyatları dərhal dayandırmalı olduğunu bildirib.
ABŞ Prezidentinin açıqlaması regionda gərginliyin artdığı və qarşılıqlı hücumların davam etdiyi bir vaxtda gündəmə gəlib.
Ağ Ev rəhbərinin mesajı beynəlxalq ictimaiyyətdə diqqətlə qarşılanıb və vəziyyətin diplomatik yolla yumşaldılması çağırışı kimi qiymətləndirilib.
İnci
Sfera.az