Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı açıqlama verməkdən çəkinib.


 


Sfera.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.


 


Peskov bildirib ki, yekun nəticələr tam açıqlanmadığı üçün Kremlin bu mərhələdə rəsmi şərh verməsi doğru olmazdı.


 


“Hazırda seçkilərlə bağlı yayılan bütün məlumatları diqqətlə izləyirik. Eyni zamanda, seçki prosesi zamanı baş verdiyi iddia olunan çoxsaylı pozuntularla bağlı xəbərləri də qeydə alırıq”, – deyə Kreml sözçüsü qeyd edib.


 


Məlumata görə, Ermənistanda keçirilən seçkilərdə bütün məntəqələr üzrə səslərin sayımı başa çatıb. Ermənistan Mərkəzi Seçki Komissiyası hakim “Vətəndaş Müqaviləsi” Partiyasının qələbə qazandığını açıqlayıb.


 


İnci


Sfera.az