Özbəkistanın Qaşqadərya vilayətində qazdoldurma məntəqəsində baş verən partlayış nəticəsində altı nəfər həlak olub.
Sfera.az xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Bu gün, iyunun 8-də saat 13:50-də (Bakı vaxtı ilə 12:50) Qaşqadərya vilayətinin yanğından mühafizə xidmətinə məişət qaz balonlarının doldurulması məntəqəsində partlayış baş verməsi barədə məlumat daxil olub. Hadisə nəticəsində 6 nəfər həyatını itirib, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib", – deyə nazirliyin Telegram kanalında yayımlanan məlumatda bildirilir.
Digər təfərrüatlar açıqlanmır./trend