Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko maraqlı açıqlama ilə çıxış edib.


 


Sfera.az xəbər verir ki, onun sözlərinə görə, rusiyalı milyarder Roman Abramoviç may ayında Kiyevə gələrək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.


 


Deputat bildirib ki, Abramoviç daha sonra əldə etdiyi məlumatları Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.


 


Qonçarenko qeyd edib ki, Putin bir müddət əvvəl adı açıqlanmayan rusiyalı biznesmenin Zelenski ilə görüşərək danışıqlar mövzusunu müzakirə etdiyini bildirmişdi. Həmin görüşlərin isə nəticə vermədiyi vurğulanıb.


 


Məlumata görə, Abramoviç Moskva ilə Kiyev arasında vasitəçi rolunda ilk dəfə çıxış etmir. O, 2022-ci ildə Rusiya-Ukrayna danışıqlarında iştirak edib, həmçinin bir sıra əsir və məhbus mübadilələrinin təşkilində vasitəçilik missiyası yerinə yetirib./musavat