Beyləqanda yanacaqdoldurma məntəqəsində ölüm hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, Beyləqan şəhər sakini, 1991-ci il təvəllüdlü Səxavət Zahid oğlu Quliyev şəhərin ərazisində operator işlədiyi yanacaqdoldurma məntəqəsində qəfil ölüb.
Onun sirkə turşusundan zəhərlənərək öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır. /lent.az