İranın cənubunda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.


 


Sfera.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.


 


Məlumata görə, yeraltı təkanların episentri Bəndər-Abbas şəhərindən 113 kilometr şimal-şərqdə yerləşib. Şəhərin liman akvatoriyası Hörmüz boğazının şimal hissəsində yerləşir.


 


Zəlzələ ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.


 


Hadisə nəticəsində ölən, yaralanan və ya dağıntılar barədə hələlik məlumat verilməyib./teleqraf