ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, ABŞ İsrailin məsələ ilə bağlı mövqeyindən asılı olmayaraq, nüvə proqramı da daxil olmaqla, İranla razılaşma əldə etməyə davam edəcək.
Sfera.az xəbər verir ki, o bunu "Fox News" kanalına verdiyi müsahibədə deyib.
“İranın nüvə sazişi ilə bağlı uzunmüddətli razılaşma əldə edə bilərik. İndi İsrail bunu bəyənə bilər, bəyənməyə də bilər, amma əsasən düşünürük ki, bu, Amerika Birləşmiş Ştatlarının maraqlarına uyğundur. Buna görə də, biz bunu davam etdirəcəyik, çünki hazırkı ABŞ məhz bunu etmək üçün seçilib”,– o qeyd edib.
Firuzə Əliyeva
Sfera.az