Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın region ölkələrinə siyasi təsir imkanlarının azaldığını bildirib.
Sfera.az xəbər verir ki, Zelenski bu fikirləri “The Guardian”a verdiyi müsahibədə səsləndirib.
Ukrayna lideri qeyd edib ki, Azərbaycan artıq müstəqil siyasət yürüdür, Ermənistanda keçirilən son seçkilər isə ölkənin müstəqilliyi baxımından mühüm uğur kimi qiymətləndirilə bilər.
O həmçinin bildirib ki, Rusiya Moldovadakı təsirini də itirib və Ukraynanı itirmək istəmir:
“Müstəqil və azad Ukrayna Rusiya üçün həm ən böyük, həm də siyasi baxımdan ən təhlükəli ölkədir”, – deyə Zelenski vurğulayıb.
Ukrayna Prezidenti əlavə edib ki, ölkəsinin Avropa İttifaqına üzvlüyü baş tutacağı təqdirdə Rusiyanın digər regionlarla, xüsusilə Cənubi Qafqazla bağlı problemləri daha da artacaq. Onun sözlərinə görə, bu proses postsovet məkanında müxtəlif xalqlar arasında yeni sualların yaranmasına səbəb olacaq.
İnci
Sfera.az