ABŞ Dövlət Departamenti xarici ölkə vətəndaşları üçün viza prosedurlarında ciddi dəyişikliyə hazırlaşır.
İddialara görə, vətəndaşlar əlavə 750 dollar, yəni 1275 manat ödəməklə sürətləndirilmiş görüş vaxtı ala biləcəklər.
Sfera.az xəbər verir ki, “Associated Press" (AP) agentliyinin əldə etdiyi rəsmi sənədlərə və Departament rəsmisinin açıqlamalarına istinadən yaydığı məlumata görə, yeni proqram çərçivəsində iş (biznes) və ya turizm məqsədilə ABŞ vizasına müraciət edənlər, standart rüsumdan əlavə 250 yox, məhz 750 dollar ödəyəcəklər. Bu ödənişi edən şəxslərə 10 gün ərzində sürətləndirilmiş randevu xidməti təklif olunacaq.
Bu həftə ərzində rəsmən elan edilməsi gözlənilən pilot layihənin 1 iyul-31 dekabr tarixləri arasında seçilmiş xüsusi səfirlik və konsulluqlarda tətbiq olunacağı bildirilib. Qeyd olunub ki, bu ödəniş tamamilə könüllü xarakter daşıyır və əlavə pulun ödənilməsi müraciət edənə mütləq şəkildə viza veriləcəyi mənasına gəlmir.
Bəsti Rəfizadə
Sfera.az