Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük prosesini sürətləndirmək cəhdləri Kiyev, Brüssel və bəzi Avropa paytaxtları arasında fikir ayrılıqlarına səbəb olub.
Sfera.az bildirir ki, bu barədə “Politico” nəşri Avropa diplomatları və rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Ukraynanın sürətli şəkildə Aİ üzvlüyünə doğru irəliləmək istəyi gələn həftə ilk rəsmi danışıqlar klasterinin açılması ərəfəsində bəzi Avropa ölkələrində narahatlıq yaradıb.
Nəşr yazır ki, Ukrayna hakimiyyəti yay sonunadək yalnız bir deyil, bir neçə danışıqlar klasterinin eyni vaxtda açılmasına çalışır. Kiyev bununla həm Avropa siyasətçilərinə, həm də müharibədən yorulmuş ictimaiyyətə üzvlük perspektivinin real olduğunu göstərmək istəyir.
Bundan əvvəl isə Ukraynanın Aİ-yə üzvlük müraciətinin siyasi səbəblərdən gecikdirilə biləcəyi barədə məlumatlar yayılmışdı.
İnci
Sfera.az