Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı hazırda gündəmdə deyil.


 


Sfera.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.


 


Onun sözlərinə görə, iki ölkə lideri arasında telefon danışığı zərurət yarandığı təqdirdə operativ şəkildə razılaşdırıla bilər.


 


Lakin Peskov vurğulayıb ki, hazırda Putin və Tramp arasında telefon danışığının keçirilməsi ilə bağlı konkret plan yoxdur.


 


İnci


Sfera.az