Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru Karim Xan vəzifəsindən uzaqlaşdırılıb.


 


Sfera.az bildirir ki, bu barədə BCM-in yaydığı açıqlamada bildirilir.


 


Qərar Roma Statutuna üzv dövlətlərin assambleyasının bürosu tərəfindən 8 iyunda keçirilən iclasda qəbul olunub və dərhal qüvvəyə minib.


 


BCM-in məlumatına görə, Karim Xan səs çoxluğu ilə vəzifəsindən kənarlaşdırılıb. Bu qərar prokurora qarşı irəli sürülən cinsi qısnama ittihamları ilə bağlı aparılan intizam araşdırmasının nəticələrinə əsaslanır.


 


Məhkəmə həmçinin vurğulayıb ki, bu qərar iş üzrə yekun hüquqi nəticəni əvvəlcədən müəyyən etmir.


 


Yekun qərarın BCM üzv dövlətlərinin assambleyasının xüsusi iclasında qəbul ediləcəyi bildirilib.


 


İnci


Sfera.az