ABŞ ordusu İranın cənubunda yerləşən iki mühüm su anbarına hava zərbələri endirib.


 


Sfera.az xəbər verir ki, bu barədə iyunun 10-da İranın dövlət teleradioşirkəti IRIB öz "Telegram" kanalı vasitəsilə məlumat yayıb.


 


"ABŞ-nin Sirik bölgəsinə təşkil etdiyi hücum zamanı iki su anbarı hədəf alınıb və nəticədə həmin ərazidə su təchizatı tamamilə kəsilib", - rəsmi məlumatda qeyd olunub.


 


Hücum nəticəsində su anbarlarının tamamilə dağıdıldığı bildirilir.


 


Xatırladaq ki, iyunun 9-da ABŞ-nin İrana qarşı zərbələrə başladığı barədə məlumat yayılıb. Bu addım Hörmüz boğazı yaxınlığında Amerikanın "AH-64 Apache" tipli hərbi helikopterinin qəzaya uğramasına səbəb olan İran dronlarının hücumuna cavab olaraq atılıb.