İyunun 8-i saat 13 radələrində, Goranboy rayonunun Səmədabad kəndi ərazisində rayon sakini 73 yaşlı Səməndər Cəfərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn həmyerlisi 86 yaşlı Şahbaz Qarayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub.
Bu barədə Sfera.az-a Baş Dövlət Yol Polisi idarəsindən məlumat verilib.
Qəza nəticəsində Şahbaz Qarayev, eləcə də Səməndər Cəfərovun sərnişini Rza Qasımov hadisə yerində həyatlarını itirib.