Milli Məclisdə “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirə keçirilir.


 


Sfera.az xəbər verir ki, müzakirədə mədəniyyət naziri Adil Kərimli, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Azərbaycan Respublikası Prezident Kitabxanasının direktoru Afət Abbasova, Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov, Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədli, ADA Universiteti Kitabxanasının direktoru Elçin Məmmədov,  deputatlar və digər qonaqlar iştirak edir.




Firuzə Əliyeva

Sfera.az