Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Ukraynanın polyak qurbanlarının xatirəsinə münasibətinin iki ölkə arasında münasibətləri gərginləşdirə biləcəyini bildirib.


 


Sfera.az xarici mediaya istinaən xəbər verir ki, nazir TVN24 telekanalına müsahibəsində qeyd edib ki, polyakların soyqırımı qurbanlarının xatirəsinin yad edilməməsi və tarixi həqiqətlərə hörmət göstərilməməsi yaxşı gələcək üçün əsas yaratmır.


 


“Yaddaş, hisslərimizə və ənənələrimizə hörmət, həmçinin soyqırımı qurbanlarının anılması olmadan yaxşı gələcək mümkün deyil. Əgər Ukrayna bunu başa düşməkdən imtina edirsə, deməli, dostluq və əməkdaşlıq deyil, qarşıdurma yolunu seçir”,– deyə o vurğulayıb.


 


Gərginliyə səbəb isə mayın 26-da Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “UPA qəhrəmanları” adının verilməsi olub.


 


Bu qərar Polşada ciddi narazılıqla qarşılanıb. Keçmiş Polşa prezidenti  Lex Valensa Zelenskinin addımının polyakların xatirəsini təhqir etdiyini bildirib. Bundan sonra Polşa Xarici İşlər Nazirliyi narahatlığını çatdırmaq üçün Ukraynanın Varşavadakı səfirini çağırıb.


 


İnci