Finlandiya Prezidenti Aleksandr Stubb Avropanı Rusiya Prezidenti Vladimir Putinlə diplomatik dialoqa çağırıb.
Sfera.az bildirir ki, onun sözlərini “RIA Novosti” yayıb.
“Düşünürəm ki, Avropanın çoxdan Rusiya rəhbərliyi ilə, daha dəqiq desək, Prezident Vladimir Putinlə diplomatik dialoqu bərpa etməsinin vaxtıdır”, – deyə Finlandiya lideri bildirib.
Onun sözlərinə görə, Avropa ölkələri bu məsələdə öz səylərini koordinasiya etməlidirlər.
Stubb daha əvvəl də bildirmişdi ki, Finlandiyanın Rusiya ilə uzun sərhədi var və o, qaçılmaz olaraq qonşusu ilə dialoq aparmalıdır. Lakin o, Ukrayna münaqişəsinə istinad edərək münasibətlərin əvvəlki kimi olmayacağını da əlavə edib.
İnci
Sfera.az