Rusiyada miqrasiya ilə bağlı dövlət rüsumları əhəmiyyətli dərəcədə artacaq.


 


Sfera.az xəbər verir ki, Dövlət Duması ikinci və üçüncü oxunuşlardan keçən qanunu qəbul edib.


 


Dəyişikliklərin əvvəlcə 1 iyul 2026-cı ildə tətbiq edilməsi nəzərdə tutulmuşdu, lakin qanun bir qədər sonra qüvvəyə minəcək.


 


Yeni qəbul olunan qanuna görə, rüsumlar belə olacaq:


 


Rusiya vətəndaşlığına müraciət edərkən - 4,2 mindən 50 min rubla qədər;

Müvəqqəti yaşayış icazəsi üçün müraciət edərkən - 1,9 mindən 15 min rubla qədər;

Yaşayış icazəsi üçün müraciət edərkən - 6 mindən 30 min rubla qədər.


 


Bundan əlavə, hər bir giriş dəvətnaməsi indi 960 əvəzinə 8000 rubla başa gələcək. Viza rüsumları da artacaq: 1200-dən 2000 rubla (tək girişli) və 1920-dən 6000 rubla (çox girişli). İşəgötürənlər xarici işçiləri işə götürmək üçün icazə üçün 12000 əvəzinə 15000 rubl ödəməli olacaqlar.\milli.az