İran bütün təhdidlərə qətiyyətlə cavab verəcək.
Sfera.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian ABŞ lideri Donald Trampın İranı yeni hücumla hədələməsinə cavab olaraq bildirib.
"Həyati əhəmiyyət daşıyan infrastrukturların hədəfə alınması güc göstəricisi deyil. Bu, bir xalqın iradəsi qarşısında acizliyin əlamətidir. İran öz mütəxəssislərinin bilik və bacarığına, milli birliyə və xalqın həmrəyliyinə inanır. Biz təhdidlərin qarşısında qətiyyətlə dayanacağıq”, - Pezeşkian "X" hesabında qeyd edib.