Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavinlərindən biri öz istəyi ilə vəzifədən azad olunub.
Sfera.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Araz Nəsirov TƏBİB-in icraçı direktorunun müavini vəzifəsindən azad olunub.
Qeyd edək ki, A.Nəsirov 2022-ci ilin dekabr ayından bu vəzifədə çalışırdı.
O, 2018-2022-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub./iqtisadiyyat.az