Bakıda sürücü sükan arxasında ölüb.


 


Sfera.az xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.


 


Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Davud Salman oğlu Salamov idarə etdiyi "Ford" markalı 90 JR 489 N-li avtomobildə ürək çatışmazlığından həyatını itirib.


 


Nəticədə avtomobil yol kənarındakı mağazaya çırpılıb.


 


Faktla bağlı araşdırma aparılır.