Böyük Britaniyanın müdafiə naziri Con Hili vəzifəsindən istefa verib.


 


Sfera.az xəbər verir ki, nazir istefasının səbəbini ölkənin Maliyyə Nazirliyinin müdafiə sahəsi üçün tələb olunan maliyyəni ayırmaması ilə izah edib.


 


Con Hili bu barədə Baş nazir Kir Starmerə ünvanladığı istefa məktubunda bildirib. Məktubun surəti onun sosial şəbəkə hesabında da paylaşılıb.


 


Nazir məktubunda qeyd edib ki, mövcud təhlükəsizlik şəraitində ölkənin müdafiəsi üçün əlavə investisiyalara ehtiyac var, lakin hökumət bu vəsaitin ayrılması ilə bağlı lazımi qərar qəbul etməyib.


 


“Fevral ayında Münhen Təhlükəsizlik Konfransındakı çıxışınızda müdafiənin nəyə ehtiyacı olduğunu özünüz də qeyd etmişdiniz. Dövrün tələblərinə cavab verən Müdafiə İnvestisiya Planı olmadan ordunun döyüş hazırlığını azaldan, əməliyyatlarda iştirak edən hərbçilər üçün riskləri artıran və ölkənin təhlükəsizliyini zəiflədə biləcək qərarlar verməyə məcbur oluram”, – deyə Hili vurğulayıb.


 


Məlumata görə, Böyük Britaniyada müdafiə xərclərinin artırılması ilə bağlı hökumət daxilində uzun müddətdir fikir ayrılığı mövcuddur. Müdafiə İnvestisiya Planının hazırlanması da məhz maliyyə məsələlərinə görə gecikib.


 


İnci


Sfera.az