Rusiyada Novruz bayramına milli status verilməsi təklif olunub.
Sfera.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putindən Novruz bayramına milli bayram statusu verilməsi xahiş olunub.
Qeyd olunur ki, Milli Gün ərəfəsində Etnik Münasibətlərin İnkişafı üzrə Polylog Fondu dövlət başçısına müvafiq təklif göndərib.
Müraciətdə bildirilir ki, təşəbbüs Rusiya Xalqlarının Birliyi İli ilə bağlıdır və ölkə xalqlarının mədəni və dil müxtəlifliyinin qorunması üzrə dövlət siyasətinə uyğundur.\milli.az