İtaliyanın Baş naziri Corcia Meloni Rusiya-Ukrayna münaqişəsinin həlli üçün danışıqlarda Avropanın vahid nümayəndəsinin olmasını təklif edib.




Sfera.az xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzetinin 11 iyun tarixli sayında məlumat verilib.


 


Meloni Deputatlar Palatasında çıxışında bildirib ki, Avropa İttifaqı bu dialoqa rəhbərlik etməyə hazır olmalıdır: 


 


“Sadəcə kənardan müşahidəçi olmaq və ya başqalarına uyğunlaşmaq düzgün olmazdı. Lakin bunun üçün danışıqlar masasında Avropa maraqlarını kimin təmsil edəcəyini aydınlaşdırmalıyıq. Avropanın baxış bucağını irəli aparmaq üçün bütün Aİ üzv dövlətlərinin etimadına və mandatına malik nüfuzlu bir şəxs seçmək lazımdır. Avropa üçün Moskva ilə qarşılıqlı əlaqə yolları ilə bağlı ümumi və praktik müzakirəyə başlamalıyıq. Mən bu məsələnin vacibliyini qaldırmağa devam edirəm. Ukrayna ilə Rusiya arasında sülh üçün hər hansı ciddi ssenaridə müxtəlif şərtlər birbaşa Avropadan asılıdır, Avropanı narahat edir və ona təsir göstərir və bu danışıqlara rəhbərlik edən Avropa olmalıdır".


 


O, sülh üçün lazımi şəraitin yaradılmasına töhfə vermək üçün müttəfiqlərlə birlikdə işləməyi tövsiyə edib. Meloni əlavə edib ki, bu məqsədə çatmaq üçün Avropa və ABŞ-ın birliyini qorumaqla yanaşı, onlar arasında koordinasiyanı gücləndirmək lazımdır. O, bunun asan bir iş olmadığını, lakin buna baxmayaraq, həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.


 


Firuzə Əliyeva

Sfera.az