Azərbaycanın Baş naziri Əli Əsədov Özbəkistana səfər edəcək.


 


Sfera.az xəbər verir ki, Əli Əsədov Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcək.


 


Qeyd edək ki, forum iyunun 16-18-də baş tutacaq.


 


Tədbirə ümumilikdə 99 ölkədən 8 mindən çox iştirakçının qatılması gözlənilir.