Bakıda vəfat edən 18 yaşlı oğlan Beyləqan rayonunda dəfn olunub.


 


Sfera.az xəbər verir ki, orta məktəbin 11-ci sinif şagirdi olan 2008-ci il təvəllüdlü Elvin Zabit oğlu Aslanlının Bakıdakı hotellərin birində öldüyü məlum olub.


 


Belə ki, iyunun 10-u saat 18 radələrində “Novxanı Spring” hotelində olarkən onun halı qəfil pisləşib və dünyasını dəyişib.


 


Məktəblinin hoteldəki ölümü ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.


 


Qeyd edək ki, E.Aslanlı iyunun 13-ü orta məktəbdən məzun olacaqdı.