Cinayət işi tamamlanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən Xalq artisti İlhamə Quliyevanın bacısı qızının ilk məhkəməsi keçirilib.


 


Sfera.az manset.az-a istinadən xəbər verir ki, bu dəqiqələrdə keçirilən elə ilk iclasda Nigar Həsənova həbs edilib.


 


Bildiririk ki, Nigar Həsənovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə açılmış cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi.


 


Qeyd edək ki, İlhamə Quliyevanın bacısı İradə Həsənovanın qızı Nigar Həsənova tanınmış kosmetoloqdur. O bir sıra şəxslərin külli miqdarda qızıl və zinət əşyalarını mənimsəyib.


 
Məqaləyə dair fotomateriallar: