Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ qeydə alınıb.


 


Sfera.az xəbər verir ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar Qəbələ stansiyasından 11 kilometr cənub-qərbdə, Qəbələ rayonu ərazisində baş verib.


 


Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5-3 bala qədər hiss olunub.


 


Yeraltı təkanların Oğuz, Qəbələ və digər rayonlarda da hiss edildiyi bildirilir.


 


Zəlzələnin 5 bal gücündə olduğu ilə bağlı sakinlər bildirişlər alıb.


 


Hadisə ilə bağlı əlavə məlumat verilməyib.


 


***


Bu dəqiqələrdə Azərbaycanın şimal-qərb rayonlarında zəlzələ baş verib.


 


Sfera.az xəbər verir ki, zəlzələ Oğuz və Ağdaş daxil olmaqla bir neçə rayonda hiss edilib.


 


Zəlzələnin 5 bal gücündə olduğu ilə bağlı sakinlər bildirişlər alıb. 


 


Hadisə ilə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.