ABŞ və İran arasında uzun müddətdir gözlənilən sülh sazişinin (anlaşma memorandumunun) imzalama mərasiminin keçiriləcəyi məkan və vaxt barədə ilk detallar üzvə çıxıb.
Sfera.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Məlumata görə, tarixi imza mərasimi gələn həftə keçiriləcək G7 Zirvəsi çərçivəsində baş tuta bilər.
Sənədin hətta bu bazar günü qədər tez bir zamanda imzalanması ehtimal olunur. "CNN"in üç diplomatik mənbəyə istinadən verdiyi xəbərdə isə imza mərasimi üçün İsveçrənin Cenevrə şəhərinin ən güclü namizəd olduğu vurğulanıb.
Diplomatik mənbələr bildirib ki, ABŞ Prezidenti Donald Tramp və nümayəndə heyətinin gələn həftə G7 sammiti üçün Fransada olacağı gözlənilir. Cenevrənin seçilməsi də məhz Fransaya coğrafi yaxınlığı ilə əlaqələndirilib.
Bəsti Rəfizadə
Sfera.az