Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş filmin təqdimatı keçirilib.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sosial media hesabında paylaşıb. Məlumata əsasən, filmin adı “Heydər Əliyev: Halın Tərcüməsi”dir və film Ümumilli liderin irsini, dövlətçilik fəlsəfəsini və Azərbaycan xalqına olan sonsuz sevgisini əks etdirir.
A.Ələkbərov bildirib ki, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş bu cür layihələr onun əziz xatirəsinin yaşadılmasına və ideyalarının gənc nəslə çatdırılmasına mühüm töhfə verir. Həmçinin məlumatda qeyd olunub ki, layihənin rəhbəri RealTv-nin baş direktoru Mir Şahin Ağayevdir.
Bəsti Rəfizadə
Sfera.az