ABŞ-nin Texas ştatının qərbində kütləvi atışma nəticəsində 1 nəfər ölüb və azı 10 nəfər yaralanıb.


"Yeni Sabah" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.


Hadisə iyunun 12-də səhər saatlarında Midlend şəhərində baş verib. Polisin məlumatına görə, atəş səsləri Uest-Uoll-stritdə 4600-cü məhəllədə yerləşən binada eşidilib. Dominos pizza


Şəhər meri Lori Blonq bildirib ki, ümumilikdə 11 nəfərin xəsarət aldığı məlumdur, onlardan azı 1 nəfər hadisə yerində həlak olub. Onun sözlərinə görə, atəş açan şəxs zərərsizləşdirilib.


Rəsmilər hələlik şübhəli şəxs və hücumun mümkün motivləri barədə məlumat açıqlamırlar./Report



Telegram kanalımız