ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Binyamin Netanyahu arasında baş tutan gizli telefon danışığının detalları üzə çıxıb.
“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, İsrail mətbuatının yaydığı məlumata görə, Netanyahu hökumətin iclasında Trampın İranla bağlı məsələdə İsrailin mümkün cavab addımlarını məhdudlaşdırmağa çalışdığını etiraf edib.
Məlumata əsasən, Tramp İsrailin İran hədəflərinə qarşı ehtimal olunan hücumlarını məhdudlaşdırmağa çalışıb. Netanyahu isə geri çəkilmək niyyətində olmadığını bildirib. Marqarita pizza
Netanyahunun sözlərinə görə, Tramp telefon danışığı zamanı ona “Sizin xalqınızdan kimsə həlak olubmu?” sualını ünvanlayıb.
İsrail Baş naziri isə cavabında bildirib ki, yalnız insan itkisi olduğu halda cavab vermək prinsipini qəbul etmir:
“Xeyr, amma mən yalnız insanlar öldürüldükdə cavab verdiyimiz yanaşmanı qəbul etməyə hazır deyiləm”.
Netanyahu ABŞ-dən asılı olduqları barədə fikirlərə də münasibət bildirib.
“Biz amerikalılardan asılı deyilik, onların müttəfiqiyik”, – deyə o vurğulayıb.
Baş nazir ABŞ-la münasibətlərin asılılıq deyil, tərəfdaşlıq əsasında qurulduğunu qeyd edib.
Məlumata görə, Tramp İranla diplomatik razılaşmanın əldə olunmasında israrlı mövqe nümayiş etdirib. Netanyahu isə belə bir razılaşmanın real görünmədiyini deyib.
“Mən bunun mümkün olduğunu düşünmürəm. Həmçinin bildirdim ki, belə bir razılaşmanın qurbanı olmayacağıq”, – deyə İsrail hökumətinin başçısı əlavə edib.
Telegram kanalımız