Ermənistan tərəfindən Livana göndərilən humanitar yardım yükü Türkiyə ərazisindən tranzitlə keçib.


"Yeni Sabah" xəbər verir ki, erməni mətbuatının məlumatına görə, ümumi 80 tonluq yardım karvanı 4 yük maşınından ibarət olub və iyunun 12-də Marqara sərhəd-keçid məntəqəsindən Türkiyə istiqamətinə daxil olaraq Livana doğru hərəkət edib.


Məlumata əsasən, sərhədin müvəqqəti açılması Ermənistan hökumətinin Baş nazir Aparatı və Xarici İşlər Nazirliyinin Türkiyə tərəfi ilə apardığı danışıqlar nəticəsində əldə olunan razılaşma çərçivəsində mümkün olub. pizza hut


Göndərilən humanitar yardıma 38 ton tibbi ləvazimat və gigiyena vasitələri, həmçinin 42 ton ərzaq məhsulları – əsasən konservlər və uzunmüddətli saxlanıla bilən qidalar daxildir.



Telegram kanalımız