Ermənistan Baş naziri Nikol Paşinyan parlament seçkilərindən sonra da mesajlar göndərməyə davam edir.
"Yeni Sabah" xəbər verir ki, onun sosial şəbəkə hesabında paylaşdığı son videoda kadrarxası səslə rus dilində bildirilir:
"Güc nədədir? Məgər puldadır? Qardaşım da deyir ki, puldadır. Sənin pulun çoxdur. Nə olsun ki?! Düşünürəm ki, bütün güc haqlı olmaqdadır. Kim haqlıdırsa, o, daha güclüdür". Dördpendirli pizza
Yeri gəlmişkən, bu sitat Rusiya istehsalı olan "Brat 2" (Брат 2) filmindən götürülüb.
Telegram kanalımız