Seneqal millisinin Fransa ilə dünya çempionatındakı ilk oyununu minlərlə azarkeş paytaxt Dakarın mərkəzində qurulan nəhəng ekrandan izləyib.
"Yeni Sabah" xəbər verir ki, azarkeşlər matçdan əvvəl “Renessans” abidəsinin ətrafında toplaşıb, Seneqal bayraqları və milli komanda formaları ilə komandalarına dəstək veriblər.
Oyun boyunca stadion atmosferi yaradan tərəfdarlar hər epizoda böyük coşqu ilə reaksiya verib. Fransa qol vurduqca isə meydanda kədərli anlar yaşanıb. Pepperoni pizza
Seneqalın 3:1 hesablı məğlubiyyətindən sonra isə azarkeşlər sakit şəkildə meydanı tərk ediblər.
Qeyd edək ki, Seneqal Afrikanın inkişaf etməkdə olan ölkələrindən biridir. Ölkədə gəlir səviyyəsinin aşağı olduğu bölgələrdə bəzi ailələrin televiziya və ödənişli yayım xidmətlərinə çıxışı məhdud olduğundan, iri futbol yarışları zamanı ictimai yerlərdə quraşdırılan nəhəng ekranlar azarkeşlər üçün əsas izləmə məkanlarından birinə çevrilir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız