Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifət deputatları tərəfindən parlament masalarına qoyulan “Qarabağ bayraqları”nı Azərbaycanla yeni müharibə təhlükəsi adlandırıb.
“Yeni Sabah” xəbər verir ki, bu bəyanatı o, parlamentdə hökumət saatı zamanı səsləndirib.
"Parlamentimizdə “Qarabağ bayraqları”nın olması müharibə təhlükəsidir. Onlar bu söhbəti açır, təxribat törədirlər. Qarabağ məsələsi bağlanıb. Müxalifət sülhə təhlükə yaradır, - deyə Paşinyan qeyd edib. - Vəziyyətin qeyri-sabitləşməsinin qarşısını almaq üçün səy göstərməliyik. Biz sülhü institusional şəkildə inkişaf etdirməyə davam edirik". pizza hut
Baş nazir bildirib ki, dəvət olunarsa, 2027-ci ildə Avropa Siyasi Birliyinin sammiti üçün Bakıya səfər etməyə hazırdır.
Telegram kanalımız