Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) müxalif "Ermənistan" blokunun lideri, ölkənin sabiq prezidenti (1998-2008) Robert Koçaryan barəsində cinayət işinin başlanmasına icazə verilməsi ilə bağlı prokurorluğun vəsatətini təmin edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə onun vəkili Aram Orbelyan MSK binası qarşısında yerli televiziya kanallarının yayımladığı brifinqdə bildirib.
"Komissiya cinayət işinin başlanmasına icazə verib. İndi bütün ittihamlara çirkli pulların yuyulması maddəsi də əlavə olunub", - deyə o bildirib./Oxu.az Marqarita pizza
Telegram kanalımız